Britaniya Parlamentində 20 Yanvardan bəhs olunub

   Britaniya Parlamentində 20 Yanvardan bəhs olunub
  20 Yanvar 2023    Oxunub:767
Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun sədri Bob Blekmen parlamentin iclasında 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar çıxış edib.
Qrupun sədri sovet qoşunlarının Azərbaycanda müstəqillik hərəkatının boğulması məqsədilə Bakıda xeyli sayda mülki şəxsi qətlə yetirməsinə diqqət çəkib. O, Britaniya hökumətini Qara Yanvar faciəsi nəticəsində həyatını itirənlərin yaxınlarına, bütövlükdə Azərbaycan xalqına başsağlığı və həmrəylik mesajı verməyə dəvət edib.

İcmalar Palatasının lideri Penni Mordont Qara Yanvar faciəsinin ildönümünə diqqət çəkdiyinə görə B.Blekmenə minnətdarlığını bildirib, Azərbaycan tarixinin mühüm hissəsi olan bu kədərli günün Birləşmiş Krallıqda hələ də bir çoxları tərəfindən xatırlandığını vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti