Litva Ukraynaya onlarla L-70 zenit silahı və Mi-8 helikopteri verəcək
![Litva Ukraynaya onlarla L-70 zenit silahı və Mi-8 helikopteri verəcək Litva Ukraynaya onlarla L-70 zenit silahı və Mi-8 helikopteri verəcək](https://azvision.az/photos/2023/01/upload-2022-11-09T182005Z_479458431_RC2CIX902ALM_RTRMADP_3_UKRAINE-CRISIS-KHERSON-REGION-pic_32ratio_1200x800-1200x800-95709-1674151023.jpg)
Məlumata görə, hərbi yardım paketinin ümumi dəyəri 125 milyon avro təşkil edəcək. Bundan başqa, Litva il ərzində Ukrayna üçün antidronların, optik alətlərin, termal görüntülərin və pilotsuz təyyarələrin alınması üçün 40 milyon avro ayırmaq niyyətindədir. Vilnüs həmçinin Böyük Britaniya Beynəlxalq Fonduna ağır silahların alınması layihələrinin maliyyələşdirilməsi üçün 2 milyon avro ayıracaq.
Qeyd edək ki, bu gün Estoniya, Böyük Britaniya, İspaniya, Hollandiya, Latviya, Polşa, Almaniya, Slovakiya, Danimarka və Çexiyanın müdafiə nazirləri Estoniyanın Tapa şəhərində Ukraynaya silah tədarükü ilə bağlı danışıqlar aparıblar.
AzVision.az
Teqlər: