Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi 2024-cü ilə qədər tamamlanacaq
![Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi 2024-cü ilə qədər tamamlanacaq Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi 2024-cü ilə qədər tamamlanacaq](https://azvision.az/photos/2023/01/16329-1633286926-1674149105.jpg)
"Gürcüstanla Azərbaycan arasında etibarlı tərəfdaşlıq zamanla sınaqdan çıxıb. Biz birlikdə neft və qaz kəmərləri kimi çox mühüm tarixi layihələri həyata keçirmişik və indi də nəqliyyat sektorunda bunu gözləyirik", - o deyib.
Baş nazirin sözlərinə görə, Azərbaycan və Gürcüstanı dəmir və avtomobil yolları birləşdirir və Bakı-Tbilisi-Qars dəmir yolu bu baxımdan iki ölkə üçün strateji əhəmiyyətli nəqliyyat layihəsidir.
"Hazırda biz dəmir yolunun modernləşdirilməsi layihəsini həyata keçiririk ki, bu layihə 2024-cü ilə qədər yükdaşıma qabiliyyətini 48 milyon tona çatdıracaq. Azərbaycanla birgə həyata keçirilən layihə hazırda davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsidir. Ən son olaraq, Azərbaycan bu layihəyə əlavə maliyyə ayırıb. Biz onun da 2024-cü ilə qədər hazır olacağını gözləyirik. Bu, yükdaşımaların 5 milyon tona qədər artırılmasını təmin edəcək”, - Qaribaşvili əlavə edib.
AzVision.az
Teqlər: