Qırğızıstan Aİ ilə tərəfdaşlıq sazişi imzalayacaq

Qırğızıstan Aİ ilə tərəfdaşlıq sazişi imzalayacaq
  19 Yanvar 2023    Oxunub:694
Rəsmi Bişkek Avropa İttifaqı ilə geniş əməkdaşlıq haqqında saziş imzalamaq niyyətindədir.
Bu barədə AzVision.az Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevin bəyanatına istinadən xəbər verir. Onun sözlərinə görə, müqavilə üç il müddətinə hazırlanıb. O qeyd edib ki, gecikməyə səbəb sənədin Aİ-nin 27 ölkəsinin hamısı tərəfindən təsdiqlənməsi olub:

“Biz Avropa İttifaqı ilə genişləndirilmiş əməkdaşlıq haqqında saziş hazırlayırıq. Yəqin ki, bir il ərzində imza atacağıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti