Finlandiyanın baş naziri Avropa Komissiyasının rəhbəri ola bilər

 Finlandiyanın baş naziri Avropa Komissiyasının rəhbəri ola bilər
  19 Yanvar 2023    Oxunub:863
Finlandiyanın baş naziri Sanna Marinin Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizədliyi irəli sürülə bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Maaseudun tulevaisuus” nəşri yazır. Qəzet bildirib ki, Avropa Sosialist Partiyası korrupsiya qalmaqalı fonunda Marinin namizədliyini müzakirə edib. Nəşrin mənbələrinə görə, Finlandiyanın baş naziri “korrupsiyaya qərq olmuş fraksiya üçün ideal təmiz namizəd ola bilər”.

Qəzet Sanna Marini “siyasi superulduz” adlandırıb. Qeyd olunub ki, o, bütün dünyada Ukraynadakı münaqişə ilə bağlı açıqlamaları ilə tanınır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti