İki qardaş Rusiyaya casusluq edib - Biri ömürlük həbs cəzası aldı

   İki qardaş Rusiyaya casusluq edib    - Biri ömürlük həbs cəzası aldı
  19 Yanvar 2023    Oxunub:1013
İsveç məhkəməsi ölkənin iki vətəndaşını Rusiyanın xeyrinə casusluqda təqsirli bilib. Onlardan biri ömürlük həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” nəşri məlumat yayıb.

Qeyd edilir ki, ikinci casus doqquz il doqquz ay həbs cəzası alıb.

Məlumata görə söhbət 42, 35 yaşlı iki qardaşdan - Peyman və Payam Kiadan gedir. Prokurorluğun məlumatına görə, onlardan biri təhlükəsizlik xidmətində və silahlı qüvvələrdə çalışıb. O, bunun sayəsində 100 sənədə çıxış əldə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Casus  





Xəbər lenti