Yanğında erməni yanğınsöndürənlər də məsuliyyətsizlik ediblər

 Yanğında erməni yanğınsöndürənlər də məsuliyyətsizlik ediblər
  19 Yanvar 2023    Oxunub:935
Xəbər verdiyimiz kimi Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın olub. Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mühəndis-istehkam bölüyünün kazarmasında gecə saat 01:30 radələrində baş verən yanğında 15 hərbçi ölüb. Bildirilib ki, yanğında xəsarət alan 7 nəfərin vəziyyəti ağırdır.
Hadisəyə səbəb kimi zabitin sobaya benzin tökməsi göstərilir.

"Mamul" saytı isə yazır ki, faciənin genişlənməsinin əsas səbəblərdən biri yanğınsöndürənlərlə bağlı olub.

"Bu gün baş verən faciəvi yanğınla bağlı internetdə yanğınsöndürənlərin gec və qeyri-mütəşəkkil əməliyyat aparmasına dair məlumatlar yayılır. Yanğın hadisəsi ilə bağlı siqnal daxil olandan sonra hadisə yerinə yalnız bir yanğınsöndürən maşınının gəldiyi bildirilir. Dövriyyəyə buraxılmış xəbərlərə görə, bu maşının da çənində olan su tez bir zamanda bitib. Bndan sonra o çəni doldurmaq üçün geri qayıtmalı olub. Azat kənd sakinləri ilə söhbət zamanı yayılmış bu məlumatlar öz təsdiqini tapıb. Onlardan biri beşinci kanalın efirində hadisənin təfərrüatlarını təqdim edib", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yanğın  





Xəbər lenti