Xəstəlik zamanı hansı qidalara üstünlük verməliyik?
![Xəstəlik zamanı hansı qidalara üstünlük verməliyik? Xəstəlik zamanı hansı qidalara üstünlük verməliyik?](https://azvision.az/photos/2023/01/1674122589.jpg)
ABŞ-dakı Klivlend Klinikasının dietoloqu Bez Çerboni qeyd edib ki, immuniteti gücləndirməyə çalışarkən qida həqiqətən dərman ola bilər.
Mütıxıssislərin fikrincə, xəstə olanda şorba içmək faydalıdır . Belə ki, şorba bədəni isti saxlamaqla yanaşı, rahatlıq hissi də verir. Toyuq şorbası soyuqdəymə və qripin səbəb olduğu bədəndə iltihabı azaltmağa kömək edə bilər. Həm də yaxşı bir protein mənbəyi olan toyuq şorbası bədəninizin güclü olmasına kömək edir.
Çoxsaylı araşdırmalarda balın uşaqlarda gecə öskürəyinin tezliyini və şiddətini azalda biləcəyini, bəzi hallarda reseptsiz öskürək siroplarından daha yaxşı olduğunu müəyyən edilib. Balın öskürəyi sakitləşdirməyə necə kömək etdiyi bəlli deyil, lakin tədqiqatçılar balın iltihab əleyhinə və mikrob əleyhinə xüsusiyyətlərə malik olduğunu irəli sürüblər.
Xəstəlik zamanı susuz qalmamaq da çox vacibdir. Çox tərləyirsinizsə və ya başgicəllənmə hiss edirsinizsə, adətən içdiyinizdən daha çox mayeyə ehtiyacınız olacaq. Mütəxəssislər bitki çayının şirə və soda kimi şəkərli içkilərə yaxşı alternativ kimi göstərirlər. İsti çay burun tutulmasını aradan qaldırmağa və boğaz ağrısını sakitləşdirməyə kömək edə bilər.
Portağal, alma və qreypfrut sümükləri, əzələləri və qan damarlarını dəstəkləyən və immunitet sistemini gücləndirməyə kömək edən C vitamini ilə zəngin meyvələr arasındadır. Bu meyvələrin tərkibində yüksək miqdarda su olduğu üçün susuzluğun qarşısını alır. C vitamininin soyuqdəymə müddətini qısaltmağa kömək edə biləcəyinə dair bəzi sübutlar da var. Ancaq mədə probleminiz varsa, həkimlər portağal və ya qreypfrut istehlak etməyi məsləhət görmürlər. Çünki sitrus meyvələrinin yüksək turşu tərkibi mədə simptomlarını pisləşdirə bilər.
Teqlər: