"Dünya geosiyasi parçalanma ilə üz-üzədir" - BMT-nin baş katibi
!["Dünya geosiyasi parçalanma ilə üz-üzədir" - BMT-nin baş katibi "Dünya geosiyasi parçalanma ilə üz-üzədir" - BMT-nin baş katibi](https://azvision.az/photos/2023/01/1674046334.jpg)
"Mən həqiqətən düşünürəm ki, biz həyatımdakı ən pis vəziyyətdəyik", - deyən BMT-nin baş katibi İkinci Dünya Müharibəsinin şahidi olmadığını qeyd edib.
O, burada birinci amil kimi iqlimi vurğulayıb. Axı vəziyyət mövcudluq üçün təhlükə daşıyır və fəlakətə çevriləcək dönüş nöqtəsinə çox yaxındır. Quterreş digər səbəb kimi Ukrayna da daxil olmaqla, geosiyasi parçalanma və silahlı münaqişələri göstərib. Onun sözlərinə görə, indi dünya Şərq və Qərbə bölünüb.
"Biz nəsillər arasında ən dərin geosiyasi uçurum və inamsızlıqla üzləşirik. Bu hər kəsə zərər verəcək" – o əlavə edib.
Baş katib indiki vəziyyətin soyuq müharibə dövründəkindən daha pis olduğunu vurğulayıb. Onun fikrincə, o zaman iki blok var idi. Onlar bir-birinə problem yaratsalar da, müharibəni dayandırmaq üçün mexanizmlərə də malik idilər.
"Münaqişələr bu gün daha təhlükəlidir, çünki onların nəzarətdən çıxmasının qarşısını alan mexanizmlər azdır", - Quterreş vurğulayıb.
AzVision.az
Teqlər: