Rusiya Ermənistanın Laçın yolu ilə mina daşımasını araşdırır

   Rusiya Ermənistanın Laçın yolu ilə mina daşımasını araşdırır
  18 Yanvar 2023    Oxunub:810
Rusiya Federasiyasının hərbçiləri Ermənistanın minaların daşınması üçün Laçın dəhlizindən istifadə etməsi ilə bağlı Azərbaycandan gələn məlumatları öyrənir.
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. "Azərbaycanlılar bununla bağlı məlumat veriblər və bizim hərbçilər Ermənistanın bu dəhliz vasitəsilə mina daşıyıb üçtərəfli razılaşmaları pozaraq, Azərbaycan mövqelərinin yaxınlığındakı ərazilərini minalamasına dair məlumatları araşdırdırır", - nazir bildirib.

Nazir xatırladıb ki, dövlət başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmalarına əsasən, Laçın dəhlizi vətəndaşların yüklərinin və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır və bu marşrut üzrə hərbi yüklərin göndərilməməsi ayrıca razılaşdırılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti