Serb könüllü döyüşçüləri Ukraynada əməliyyatlara hazırlaşırlar

   Serb könüllü döyüşçüləri Ukraynada əməliyyatlara hazırlaşırlar
  17 Yanvar 2023    Oxunub:1906
Serbiyadan olan könüllü döyüşçülər Zaporojye vilayətindəki döyüşlərdə iştirak etmək üçün təlim keçirlər.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Serblərin sözlərinə görə, onlar 1990-cı illərdə keçmiş Yuqoslaviyada baş vermiş faciəli hadisələri yaxşı xatırlayırlar və bura “rus qardaşlarına haqlı mübarizələrində dəstək olmaq üçün” gəliblər.

Könüllülərdən biri isə deyib ki, Serbiya xüsusi hərbi əməliyyatlar zonasında baş verənləri diqqətlə izləyir. Çünki Kosovonun gələcəyi də bundan asılıdır.


Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti