FSB Gürcüstanla sərhəddə Ukraynaya işləyən casus saxlayıb

FSB Gürcüstanla sərhəddə Ukraynaya işləyən casus saxlayıb
  17 Yanvar 2023    Oxunub:675
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Gürcüstan sərhədində casus saxlayıblar.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, MDB ölkələrindən birinin vətəndaşı olan 28 yaşlı həmin şəxs Ukrayna üçün casusluq edirmiş.

O, “Verxniy Lars” keçid məntəqəsini keçərkən şübhəli şəxs qismində saxlanılıb.
FSB-nin məlumatına görə, həmin şəxsin telefonunda xüsusi yazışmalar da aşkar edilib. Yazışmaların məzmunundan belə məlum olub ki, o, Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasının yeri barədə Ukrayna tərəfinə məlumat ötürür, fotoşəkillər və videomateriallar göndərir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Casus  





Xəbər lenti