ABŞ-ın 20-dən çox ştatında məmurlara TikTok qadağan edildi

   ABŞ-ın 20-dən çox ştatında məmurlara  TikTok qadağan edildi
  17 Yanvar 2023    Oxunub:924
ABŞ-ın 20-dən çox ştatı öz dövlət qulluqçularına TikTok-dan istifadə etməyi qadağan edib.
Qeyd olunub ki, Çin proqramlarının, o cümlədən TikTok, WeChat sosial şəbəkəsi və AliPay ödəniş sisteminin istifadəsinə qadağa demokratların və respublikaçıların nəzarətində olan ştatlarda tətbiq edilib.

Çin proqramlarına qoyulan qadağa, tətbiqin əhəmiyyətli miqdarda istifadəçi məlumatlarını toplaması və ABŞ-ın siyasi infrastrukturunu həssas vəziyyətə salması ilə bağlı narahatlıqlardan irəli gəlir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti