Ukraynada kanadalı muzdlu həkim öldürülüb

Ukraynada kanadalı muzdlu həkim öldürülüb
  17 Yanvar 2023    Oxunub:750
Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən kanadalı Qriqori Çexmistrenko hərbi əməliyyatlar zamanı öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Kanadanın “The Globe and Mail” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Çexmistrenko həkim kimi xaricilərdən ibarət xüsusi legionda fəaliyyət göstərib.
Muzdlu əsgərin ölümünün təfərrüatları açıqlanmır. Yalnız bildirilir ki, o, ömrünün çox hissəsini Ukraynada keçirib və cəmi üç il əvvəl Kanada vətəndaşlığını alıb.

“The Globe and Mail”in məlumatına görə, Çexmistrenko bazar günü Artemovsk yaxınlığında öldürülüb. Nəşr qeyd edir ki, o, Ukraynada ölən üçüncü kanadalıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti