Türkiyə Qarsda 8 ölkənin iştirakı ilə hərbi təlimlər keçirir

  Türkiyə Qarsda 8 ölkənin iştirakı ilə hərbi təlimlər keçirir
  17 Yanvar 2023    Oxunub:1028
Türkiyənin Ermənistanla həmsərhəd Qars vilayətində Türkiyə, Azərbaycan və daha 6 ölkənin iştirakı ilə hərbi təlimlər başlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandanlığındakı 14-cü Motoatıcı Briqadasının bazasında keçirilir. “Qış-2023” adlı hərbi təlimlər 2 fevral 2023-cü il tarixinədək davam edəcək.

Kosovonun müdafiə naziri Armend Mehai bildirib ki, bu təlimlərin məqsədi müxtəlif ölkələrin qoşunları arasında koordinasiya və qarşılıqlı əlaqəni təmin etmək, bölmələrin döyüş hazırlığını yoxlamaq, ərzaq və geyimlə qarşılıqlı təminat, maddi-texniki təchizat üzrə təlim keçməkdir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan 2022-ci ildə 12 birgə təlim keçirib. 2022-ci il dekabrın əvvəlində Azərbaycan və Türkiyə hərbçiləri Bakıda və Azərbaycanın üç rayonunda - Astara, Cəbrayıl və İmişlidə birgə təlimlər keçirib.

Təlimlərə hər iki ölkənin müxtəlif qoşun növləri, döyüş və mühəndis texnikası, eləcə də hərbi aviasiyasının şəxsi heyəti cəlb olunub.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti