Suqovuşan azad ediləndə erməni komandir qonaqlıq verirmiş

  Suqovuşan azad ediləndə erməni komandir qonaqlıq verirmiş
  17 Yanvar 2023    Oxunub:1661
İkinci Qarabağ müharibəsindən 3 il keçsə də, ağır məğlubiyyətlə üzləşən ermənilər Azərbaycanın zəfərini qəbul edə bilmirlər. İşğaldan azad olunan ərazilərlə bağlı uğurlu əməliyyatlarımızı isə müxtəlif bəhanələrlə gözdən salmağa çalışırlar.
Məsələn, İstintaq Komitəsinin hazırladığı yeni videomüsahibədə maraqlı və diqqət çəkən detallar açıqlanıb.

İrəvanda növbəti qalmaqal: Mühüm döyüş sənədləri saxtalaşdırılıb
Qeyd edilir ki, guya Ağdərənin Talış kəndi və Suqovuşan hərbi hissə komandirinin hərbi növbətçilik qaydalarını pozması nəticəsində Azərbaycan ordusunun nəzarətinə keçib. Söhbət 2021-ci ildə Ermənistan silahlı qüvvələrinin 18-ci dağ diviziyasının qərargah rəisi təyin edilmiş Sevak Abramyandan gedir.

O, müharibə zamanı Suqovuşandakı hərbi hissəyə rəhbərlik edib. İttiham tərəfinin sözlərinə görə, 44 günlük müharibədə Abramyan azərbaycanlı hərbçilərin cəbhə xəttinə doğru hərəkətinə məhəl qoymayıb, hətta qonaqlıq təşkil edib. Faktlar İstintaq Komitəsi tərəfindən təqdim edilib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Suqovuşan   Komandir  





Xəbər lenti