Nankor Qarabağ ermənisi: "Xiyabanda qəbir əlindən yer qalmayıb"

   Nankor Qarabağ ermənisi:    "Xiyabanda qəbir əlindən yer qalmayıb"
  17 Yanvar 2023    Oxunub:855
Qarabağda yaşayan ermənilər azərbaycanlılara qarşı radikal çağırışları ilə seçilirlər. Laçın dəhlizindən əvvəlki kimi istifadə edə bilməyən ermənilər hələ də 90-cı illərin eyforiyasındadırlar.
Məsələn, qondarma rejimin "informasiya qərargahı" nın fotoqrafı David Qəhrəmanyan sosial şəbəkələrdə fotolar paylaşaraq diqqət çəkən fikirlər yazıb. Qəhrəmanyan Xocalının Dağyurd kəndindən (ermənilər Saruşen adlandırırlar-red) olan 75 yaşlı Sveta adlı qoca qarının fotosunu çəkib və guya onunla Xankəndidə təsadüfən görüşdüyünü yazıb.

Xankəndiyə köçmüş Suriya ermənisi: "Evimdə silah saxlayıram"
Qarı foto çəkilən məkanı göstərərək deyib ki, bu ərazi onun gündəlik istifadə etdiyi yoldur və hər dəfə Qarabağ müharibəsində məhv edilmiş erməni döyüşçülərin fotolarını görəndə ürəyi ağrıyır.
Sveta qeyd edib ki, 88-ci il hərəkatı zamanı o da separatçılarla yanaşı dayanıbmış.

"Əgər fotoya diqqətlə baxsan, əlində simsiz rabitə olan oğlanı görərsən ki, o da mənim əmim nəvəsi Armen Arutyunyandır. Sumqayıtda məlum hadisələr başlayanda o, ailəsi ilə birlikdə Xankəndiyə gəlmişdi. Ertəsi gün isə döyüşlərə qatıldı. Ona dedik ki, əzizim, bir az da gözlə, görək nələr baş verəcək. Cavab verdi ki, Bakıdan bura evdə oturmaq üçün yox, "vətəni" müdafiə etməyə gəlmişəm. O, döyüşlərə qatıldı və 1992-ci ildə öldürüldü. Təpədəki qəbiristanlığı görürsən? Biz Armeni orada dəfn edəndə ərazi boş və tarlalardan ibarət idi. İndi qəbir əlindən tərpənməyə yer yoxdur... Başqa nə deyim axı? Güclü ol, türk kimdir ki ondan qorxaq. Biz onları mütləq yenəcəyik.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Qarabağ   Xankəndi   Erməni  





Xəbər lenti