BMT: "Rusiyanın təcavüzü nəticəsində Ukraynada 7 mindən çox insan həlak olub"

      BMT:    "Rusiyanın təcavüzü nəticəsində Ukraynada 7 mindən çox insan həlak olub"
  17 Yanvar 2023    Oxunub:735
Rusiyanın hərbi işğalından sonra Ukraynada təsdiqlənmiş ölən mülki vətəndaşların sayı 7 mini keçib, 11 mindən çox insan isə yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə “Ukrinform”a BMT-yə istinadən məlumat yayıb.

Mütəxəssislərin hesablamalarına görə, təkcə yanvarın 1-dən yanvarın 15-dək 104 dinc sakin həlak olub, 284 nəfər yaralanıb. Qurbanların real sayı daha çox ola bilər. BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bildirib ki, şiddətli döyüşlərin davam etdiyi bəzi yerlərdən alınan məlumatların gecikməsi və bir çox hesabatların hələ də təsdiqlənməsinə ehtiyac olduğu üçün faktiki ölənlərin sayı daha çoxdur.

Təşkilat qeyd edir ki, mülki əhali arasında qeydə alınan itkilərin əksəriyyətinə böyük zərbə zonasına malik partlayıcı silahlardan istifadə, o cümlədən ağır artilleriyadan və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən atılan atəşlər, həmçinin raket və hava zərbələri səbəb olub.

Qeyd edək ki, genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya qoşunları Ukraynada 455 uşağı öldürüb, daha 897 uşağı isə yaralayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti