İngiltərədə tibb bacıları böyük tətilə hazırlaşır

   İngiltərədə tibb bacıları böyük tətilə hazırlaşır
  17 Yanvar 2023    Oxunub:738
İngiltərə və Uelsdəki tibb bacıları artan yaşayış dəyəri və inflyasiya fonunda ədalətli maaş artımı tələbi ilə fevral ayında yenidən tətil edəcəklər.
AzVision.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Ölkə üzrə 3 milyondan çox üzvü olan və tibb bacılarını təmsil edən RCN (Royal College of Nursing) həmkarlar ittifaqı tərəfindən edilən açıqlamada bildirilib ki, indiyə qədər ən böyük miqyaslı tətil fevral ayında keçiriləcək.

Həmkarlar ittifaqı yanvarın sonuna qədər İngiltərə və Uelsdə danışıqlarda irəliləyiş olmadığı təqdirdə fevralın 6-7-də tətil keçiriləcəyini açıqlayıb.

Böyük Britaniyada tibb bacılarının da yanvarın 18-i və 19-u tarixlərində hərəkətə keçməsi gözlənilir.

Qeyd edək ki, İngiltərə, Uels və Şimali İrlandiyada on minlərlə tibb bacısı dekabrın 15 və 20-də tətilə çıxıb. RCN həmkarlar ittifaqı əmək haqqının 19 faiz artırılmasını tələb etsə də, hökumət tələbin ödənilə bilməyəcəyini bildirir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti