Çində əhalinin sayı son 60 ildə ilk dəfə azalıb

   Çində əhalinin sayı son 60 ildə ilk dəfə azalıb
  17 Yanvar 2023    Oxunub:787
2022-ci ildə Çinin əhalisinin sayı 1,411 milyard nəfərə qədər azalıb. Bu, 2021-ci ilin sonundakı göstəricidən 850 min nəfər azdır.
AzVision.az xəbər verir ki, bu barədə "RİA Novosti" Çin Dövlət Statistika Bürosunun məlumatlarına istinadən xəbər verib. Yerli mətbuatın yazdığına görə, ölkədə əhalinin azalması son 60 ildə ilk dəfə baş verib.

2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon insan ölüb.

Ötən ilin nəticələrinə görə, cins nisbəti 104,69-dur, yəni hər 100 qadına demək olar ki, 105 kişi düşür. Çində kişilərin sayı 722,06 milyon nəfər, qadınlar isə 689,69 milyon nəfərdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti