Britaniya Ukraynaya “Bulldog” verəcək

   Britaniya Ukraynaya  “Bulldog”  verəcək
  16 Yanvar 2023    Oxunub:954
Britaniya Ukraynaya “Bulldog” zirehli transportyorlar göndərəcək.
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bəyan edib. Bundan başqa Britaniya Ukraynaya onlarla Rusiya tankını məhv etməyə qadir olan “Apache AH64E” hücum helikopterləri də göndərəcək. “Apache AH64 E” helikopterləri 16-ya qədər “Hellfire” tank əleyhinə mərmi, 76 ədəd 70 mm-lik “Hydra” raketi ilə silahlana bilər.

Helikopterlərin təhvil verilməsi Ukraynanın “Challenger 2” tanklarını almasından sonra planlaşdırılır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti