Ərdoğan Rusiya ilə Ukraynanı barışdırmaqda israrlıdır

   Ərdoğan Rusiya ilə Ukraynanı barışdırmaqda israrlıdır
  16 Yanvar 2023    Oxunub:1141
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında ölkəsinin Ukrayna böhranının həllində vasitəçi kimi çıxış etməyə hazır olduğunu təsdiqləyib.
Bu barədə Türkiyə liderinin administrasiyasının məlumatına deyilir. İki ölkə liderləri, Ukrayna ətrafında baş verən son hadisələri də müzakirə ediblər. Ərdoğan əvvəllər dəfələrlə Türkiyəni Rusiya və Ukrayna prezidentləri arasında danışıqlar platforması kimi təklif edib.


AzVision.az


Teqlər:





Xəbər lenti