Ərdoğan Putinlə danışdı: Gündəm - Ukrayna, taxıl, qaz

   Ərdoğan Putinlə danışdı:    Gündəm - Ukrayna, taxıl, qaz
  16 Yanvar 2023    Oxunub:1125
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir: "Hər iki tərəf Rusiya-Türkiyə əməkdaşlığının daha da hərtərəfli inkişafına sadiq olduqlarını bir daha təsdiq ediblər. Prioritetlər arasında enerji sektorunda əməkdaşlıq, o cümlədən Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması olub.

Ukrayna ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi davam etdirilib. Xüsusilə, Türkiyə tərəfinin təşəbbüsü və Ankarada son təmasları nəzərə alaraq, əsirlərin, ilk növbədə yaralıların mübadiləsi məsələsinə toxunulub. Ukrayna taxılının Qara dəniz limanlarından ixracı və Rusiyadan qida və gübrə tədarükünün blokunun açılması ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul sazişlərinin icrası nəzərdən keçirilib.

Bundan əlavə, Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması məsələləri, o cümlədən Ankaranın Rusiya, Türkiyə və Suriya nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrə başlamaq təşəbbüsü kontekstində müzakirə edilib. Rusiya, Türkiyə və İranın Suriya nizamlanmasına yardım üzrə Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyəti də qeyd olunub".

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti