"Rus oliqarxlar sanksiyalardan yayınmağın yeni yolunu tapıblar"- ABŞ Maliyyə Nazirliyi
"2022-ci ilin fevral ayının sonunda bir neçə rus oliqarxı şirkətlərinin benefisiar mülkiyyətini, trestlərını və ya hesablarını övladlarına, digər ailə üzvlərinə və ya yaxın biznes tərəfdaşlarına etibar edib”, hesabatda deyilir.
Bu əməliyyatların bəziləri Rusiya işğalı ilə əlaqəli bir neçə oliqarxa qarşı sanksiyaların tətbiqindən bir qədər əvvəl baş verib. Maliyyə qurumları bildiriblər ki, mülkiyyətin ötürülməsi oliqarxlara sanksiyalardan və ya hüquq-mühafizə orqanları tərəfindən mümkün müsadirələrdən yayınmağa kömək edə bilər. Qeyd olunur ki, bir neçə oliqarx öz övladlarına, o cümlədən ABŞ-da tələbələrə transferlər edib. Bu pulla ABŞ-da yaşayış üçün daşınmaz əmlak və dəbdəbəli mallar alınıb.
Qeyd edək ki, Aİ və digər ölkələr Putin və bir çox rusiyalı iş adamını sanksiya siyahısına salıb. Bəzi insanlar 2014-cü ildən bəri siyahıdadır.
Aytən Zəhra
AzVision.az
Teqlər: