Paşinyan arvad qohumlarını vəzifəyə daşıyır

 Paşinyan arvad qohumlarını vəzifəyə daşıyır
  16 Yanvar 2023    Oxunub:1352
Parlamentə seçilmiş Gümrü merinin keçmiş müavini David Aruşanyanın vəzifəsi bir neçə gün ərzində doldurulacaq.
AzVision.az xəbər verir ki, 168.am-ın məlumatına görə, bu vəzifəyə Gümrü Ağsaqqallar Şurasının “Vətəndaş müqaviləsi” fraksiyasından olan üzvü Vaaqn Mkrtçyan təyin ediləcək.

Bu dəfə Akopyanın qardaşı təhqir olundu - FOTOLAR
Sonuncunun 28 yaşı var və Tibb Universitetini bitirib. İxtisasca diş həkimidir. Lakin Vaaqn Mkrtçyanın Gümrü merinin müavinliyinə layiq görülməsi onun peşəsi və ya hansısa siyasi fəaliyyəti ilə bağlı deyil. Məsələ ondadır ki, Mkrtçyan Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın xalası nəvəsidir.

Saytın məlumatına görə, bu gənc 17 yaşından keçən ilə kimi heç Gümrüdə yaşamayıb. Təhsilini başa vurduqdan sonra Gümrüyə qayıdıb və atası burada "Biodent" stomatoloji klinikasını açıb. Oğluna Teryan küçəsində şüşə və güzgü emalatxanasını həvalə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  





Xəbər lenti