Əsir düşən çağırışçı narkoman çıxdı - FOTOLAR

   Əsir düşən çağırışçı narkoman çıxdı -    FOTOLAR
  16 Yanvar 2023    Oxunub:1236
Ukrayna əsgərləri rus ordusunda döyüşən narkomanı əsir götürüblər. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
İlkin məlumatlara görə, özbək əsilli döyüşçü “qismən səfərbərlik” çərçivəsində orduya cəlb edilib.
Qeyd edilir ki, yoxlama zamanı həmin şəxsin ayağında iynə izləri də aşkar edilib.

"Əsgər atas"ının rus variantı - Min kilometr gəzib oğlunu tapdı
"Səfərbər olunan bu şəxs narkotik aludəçisidir. "Axmatçay" əsir götürləndən sonra müayinə olunub və narkomanlara xas şəkildə ayağında şpris izləri aşkarlanıb... Deyəsən, o, “Vaqnerçi” deyil. Amma dəqiq narkotik aludəçisidir”, - "İşi svoix" Telegram kanalı əsirin fotolarını yayaraq yazıb.


Eksperti İrakli Komaxidze isə yazıb ki, narkoman 24 dekabr 1988-ci il təvəllüdlü Georgi (Jorik) Aleksandroviç Mataçdır: "O, Özbəkistanda anadan olub, Alanyada qeydiyyatdadır. Hərbi ixtisası isə sürücüdür".
Tural Tağıyev
AzVision.az



Teqlər:   Səfərbər   Ukrayna   Narkoman  





Xəbər lenti