Paşinyan Davosa getməyəcək
![Paşinyan Davosa getməyəcək Paşinyan Davosa getməyəcək](https://azvision.az/photos/2023/01/jghjghjghjghjghjgh-1673858435.jpg)
"Belə bir səfər nəzərdə tutulmayıb", - məlumatda deyilir. Qeyd edək ki, Paşinyan forumda yalnız 2019-cu ildə iştirak edib. 2022-ci ildə isə Ermənistanı prezident təmsil edib.
Koronavirus pandemiyası ilə əlaqədar iki illik fasilədən sonra Dünya İqtisadi Forumunun sessiyası bazar ertəsi İsveçrənin Davos xizək kurortunda açılacaq. Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edəcək.
Tural Tağıyev
AzVision.az
Teqlər: Paşinyan