Vaxtanq Kikabidze vəfat etdi
![Vaxtanq Kikabidze vəfat etdi Vaxtanq Kikabidze vəfat etdi](https://azvision.az/photos/2023/01/3798962-1673778918.jpg)
Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci ilin 19 iyulunda Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966-cı ildə “Dağlarda görüş” filmindən başlayır.
Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın “Mimino” filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb.
2018-ci ilin yanvarında Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı çərçivəsində Vaxtanq Kikabidzenin solo konserti keçirilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: