Gürcüstan Ukraynaya hərbi yardım göstərməkdən imtina etdi

 Gürcüstan Ukraynaya  hərbi yardım göstərməkdən imtina etdi
  15 Yanvar 2023    Oxunub:1313
Gürcüstan münaqişədə iştirak etmək istəmədiyi üçün Ukraynaya hərbi yardım göstərməkdən imtina edib.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirin müavini, mədəniyyət, idman və gənclər naziri Teya Tsulukiani bildirib.

Jurnalistlərlə söhbəti zamanı siyasətçi qeyd edib ki, hökumət Gürcüstanın hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək. Bu səbəbdən də ölkə hərbi əməliyyatlarda iştirak edən tərəflərdən birinə hərbi yardım göstərməyi planlaşdırmır.

"Bircə cavab var - Hökumət Gürcüstanın hərbi qarşıdurmaya cəlb olunmasına imkan verməyəcək. Ona görə də biz, təbii ki, hərbi münaqişə tərəflərinin heç birinə hərbi yardım göstərməyəcəyik. Xüsusən də, bildiyimə görə, biz əldə etdiyimiz bu cür silahların ötürülməsindən danışırıq, lakin bu, sadəcə bir detaldır”, - Tsulukiani Birinci Kanalda deyib.

Sonda baş nazirin müavini əlavə edib ki, Gürcüstan çoxlu silahlı münaqişələr yaşayıb və hakimiyyətin vəzifəsi bunun bir daha baş verməməsidir.

Yanvarın əvvəlində Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib ki, Kiyev Tbilisidən 2008-ci ildə hərbi əməliyyatlar zamanı Gürcüstana verilmiş “Buk” zenit-raket komplekslərini geri qaytarmağı xahiş edib.

Lakin Gürcüstan Ukraynaya silahları qaytarmaqdan imtina edib və qeyd olunub ki, ölkə silahlarra görə ödəniş edib.

Ukrayna prezident administrasiyasının müşaviri Mixail Podolyak da Gürcüstanın “Buk” zenit-raket kompleksini Kiyevə verməkdən imtina etməsinə reaksiya verib. Podolyakın sözlərinə görə, on ay yarım davam edən müharibədən sonra da Gürcüstan hökuməti hansı tərəfdə olması lazım olduğunu anlamır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti