Britaniya İran səfirini geri çağırıb
![Britaniya İran səfirini geri çağırıb Britaniya İran səfirini geri çağırıb](https://azvision.az/photos/2023/01/tehran-1673723466.jpg)
"Biz rejimi cavab verməyə çağırırıq. Böyük Britaniya bu gün İranın baş prokuroru Məhəmməd Cəfər Montazeriyə qarşı sanksiyalar tətbiq edib, İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkilini çağırıb və Britaniya səfirini məsləhətləşmələr üçün müvəqqəti olaraq geri çağırıb.
İranın hərəkətlərinə cavabımız bu gün edilənlərlə məhdudlaşmayacaq. Biz növbəti addımları nəzərdən keçiririk”, - Kleverli tviter hesabında yazıb.
AzVision.az