Məşhur agentlik AzərTac-la tərəfdaş olacaq

Məşhur agentlik AzərTac-la tərəfdaş olacaq
  14 May 2014    Oxunub:919
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəman bu ölkənin “Emirates News Agency” (WAM) dövlət informasiya agentliyinin icraçı direktoru Camal Nasir Əs-Süveydr ilə görüşüb.
Səfir dövlətlərarası əlaqələrin inkişafında medianın rolundan danışıb, bu sahədə rəsmi əməkdaşlığın hüquq-müqavilə bazasının qurulmasının vacibliyini diqqətə çatdırıb.
Diplomat Camal Nasir Əs-Süveydri dünyanın bir çox ölkələrinin milli informasiya agentlikləri ilə sıx əlaqələrə malik olan AzərTAc ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini müzakirə etmək üçün Azərbaycana səfərə dəvət edib.

Camal Nasir Əs-Süveydr WAM ilə AzərTAc-ın beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunda - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Xəbər Agentliklərinin Dünya Konqresi çərçivəsində yaxşı əməkdaşlıq etdiyini bildirərək deyib: “Biz beynəlxalq media qurumlarının fəal üzvü olan AzərTAc ilə rəsmi müqavilə əsasında əməkdaşlıq etməkdə maraqlıyıq. Bilirik ki, AzərTAc 2016-cı ildə həm OANA-nın XVI Baş Assambleyasına, həm də Xəbər Agentliklərinin V Dünya Konqresinə ev sahibliyi edəcək və 2019-cu ilədək hər iki qurumun sədri olacaq. Bu, böyük uğurdur, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir”.

WAM-ın icraçı direktoru əməkdaşlıq müqaviləsi layihəsinin tezliklə hazırlanıb səfirliyin xətti ilə qarşı tərəfə göndəriləcəyini, sənədin cari ilin oktyabr ayında imzalanması üçün AzərTAc-ın baş direktorunu BƏƏ-yə səfərə dəvət etdiyini bildirib.


Teqlər:





Xəbər lenti