Xaricdən qanunsuz pul köçürülməsi ilə məşğul olanlar cərimələnəcək

   Xaricdən qanunsuz pul köçürülməsi ilə məşğul olanlar cərimələnəcək
  06 Dekabr 2022    Oxunub:663
Xaricdən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olanlar cərimə ediləcək.
AzVision.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Dəyişikliklə Məcəlləyə yeni 482-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə olunub.

Qeyd edilib ki, Məcəllənin 479 – 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan pul vəsaiti məbləğinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə ediləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti