Pandemiyaya görə tibb işçilərinin maaşlarına verilən əlavənin müddəti uzadılıb

Pandemiyaya görə tibb işçilərinin maaşlarına verilən əlavənin müddəti uzadılıb
  03 Dekabr 2022    Oxunub:831
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.
AzVision.az -ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2023-cü il yanvarın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət noyabrın 1-də başa çatmışdı.

AzVision.az



Teqlər:





Xəbər lenti