DÇ-2022: 1/8 final mərhələsinə start verilir

   DÇ-2022:    1/8 final mərhələsinə start verilir
  03 Dekabr 2022    Oxunub:548
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək.
AzVision.az -ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gələcək. "Xəlifə" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyunu braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.

Günün son matçı isə Argentina və Avstraliya yığmaları arasında baş tutacaq. "Əhməd ibn-Əli" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi polşalı Şimon Marçinyak olacaq.

DÇ-2022, 1/8 final


3 dekabr

19:00. Niderland - ABŞ


Baş hakim: Vilton Sampayo (Braziliya)

"Xəlifə" stadionu

23:00. Argentina - Avstraliya

Baş hakim: Şimon Marçinyak (Polşa)

"Əhməd ibn-Əli" stadionu

AzVision.az



Teqlər:





Xəbər lenti