Bu il bankların dollar alışı ilk dəfə 80 milyonu ötüb

Bu il bankların dollar alışı ilk dəfə 80 milyonu ötüb
  01 Dekabr 2022    Oxunub:957
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AzVision.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 82,9 ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (29 noyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 26,9% və ya 17,6 mln. ABŞ dolları artıb.

Qeyd edək ki, ilin əvvəlindən etibarən valyuta hərracında bankların tələbi ilk dəfə 80 milyon dolları ötüb. Belə ki, sonuncu dəfə bu il yanvarın 27-də keçirilən hərracda tələb 84,5 milyon dollar təşkil etmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti