Həmyerlimiz Rusiyada öldürüldü
AzVision.az xəbər verir ki, hadisə bu ilin may ayının 4 - də, Moskva şəhəri yaxınlığındakı restoranların birində baş verib.
Moskva yaxınlığındakı restoranda gözətçi işləyən Zərdab rayon sakini 1981 – ci il təvəllüdlü Eminov Cahangir Rövşən oğlu güllələnərək öldürülüb.
Məlumata görə, 2 qrup arasında baş verən silahlı insident zamanı C. Eminov baş və bədən nahiyəsindən bir neçə güllə yarası alıb və hadisə yerində dünyasını dəyişib.
Mərhum bu gün doğulduğu rayonun Körpükənd kəndində torpağa tapşırılıb.(apa)