Bu il əməkhaqqı fondu 16 faiz artıb

Bu il əməkhaqqı fondu 16 faiz artıb
  19 Oktyabr 2022    Oxunub:977
Ölkəmizdə ardıcıl sosial islahatların mühüm istiqaməti olan əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da artımı ilə nəticələnir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, 2022-ci ilin yanvar-sentyabr aylarında da əməkhaqqı fondunda 16 faiz (o cümlədən dövlət sektoru üzrə 17 faiz, özəl sektoru üzrə 15 faiz) artım qeydə alınıb. Ümumilikdə son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə artıb.

AzVision.az



Teqlər:





Xəbər lenti