Tikinti işləri ucuzlaşıb

Tikinti işləri ucuzlaşıb
  07 May 2014    Oxunub:1257
2014-cü ilin I rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,4 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,6 faiz ucuzlaşma, yol və körpü tikintisində isə 0,9 faiz bahalaşma müşahidə edilib.
Cari ilin I rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,4 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə qiymətlər isə 0,7 faiz ucuzlaşıb.

Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,8 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,1 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,5 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,7 faiz ucuzlaşıb.

Yol tikintisi üzrə qiymətlər 1,0 faiz bahalaşıb, körpü tikintisi üzrə qiymətlər isə 0,2 faiz ucuzlaşıb.


Teqlər:





Xəbər lenti