İnternet istifadəçilərinin sayı 3 milyarda çatır
Bu sahədə birincilik Avropa ölkələrinə məxsusdur. Burada ilin sonunadək dörd nəfərdən üçünün internetə çıxışı olacaq.
Həmçinin internetə yüksək qoşulma tempi isə Şimali və Cənubi Amerikada müşahidə olunur. Bu regionda ilin sonunadək hər üç nəfərdən ikisi ümumdünya hörümçək torunun üstünlüklərindən istifadə etmək imkanına malik olacaq.
Cari ilin sonunadək Asiya-Sakit okean regionunda əhalinin üçdə biri internetə qoşulacaqdır. Afrikada isə bu ilin sonunadək əhalinin 20 faizi internetə çıxışa malik olacaq. Müqayisə üçün qeyd edək ki, 2010-cu ildə bu göstərici 10 faiz idi.
Dünyada mobil rabitə şəbəkəsinin populyarlığı da artmaqdadır. İlin sonunadək bu sahədə müqavilələrin sayı təxminən 7 milyarda çatacaq ki, onların da 3,6 milyardı Asiya-Sakit okean region ölkələrinin payına düşəcək.
Beynəlxalq Telekommunikasiya İttifaqından bildirilmişdir ki, 2014-cü ilin sonunadək inkişaf etmiş ölkələrdə ev təsərrüfatının 78 faizi, inkişaf etməkdə olan ölkələrdə isə 31 faizi internetə çıxışa malik olacaq. MDB ölkələri üçün bu göstərici təxminən 50 faiz təşkil edəcək.