Müasir insanın ən xoşbəxt vaxtı hesablandı

Müasir insanın ən xoşbəxt vaxtı hesablandı
  07 May 2014    Oxunub:1441
Britaniya sosioloqları müasir avropalının həyatında ən xoşbəxt vaxtı tapıblar. Onların fikrincə, həmin vaxt həftənin cümə günü, saat 18.08-dir.
Londonda çıxan “Daily Telegraph” qəzeti yazır: “İnsan cümə günü işdən çıxanda qarşıdan gələn istirahət günlərini necə keçirəcəyi ümidi ilə xoşbəxt hisslər yaşayır. Orta statistik Avropa sakini belə bir duyğunu axşam saat altıdan səkkiz dəqiqə keçmiş daha kəskin hiss edir.

Tədqiqatın müəllifi Culuian Qay demişdir: `Biz belə əhvalı “cümə günü şövqü” adlandırmışıq`.

Şənbə gününün səhəri xoşbəxt vaxtlar siyahısında ikinci yerdədir. C.Qayın sözlərinə görə, avropalıların əhvalı ən çox həftənin bazar ertəsi, saat 13. 42 dəqiqədə pozulur: “Bütövlükdə insanlar bazar ertəsini sevmirlər, çünki işlə bağlı stresslərin əsas hissəsi həmin gün baş verir”.


Teqlər:  





Xəbər lenti