Nargin belə olacaq - FOTOLAR

  06 May 2014    Oxunub : 4290
Nargin belə olacaq - FOTOLAR
Nargin adası kimi tanınan Böyük Zirə adasında reallacaq "XazarPearl" (Xəzər Mirvarisi) layihəsinin görüntüləri internetdə yayılıb. Fotolar layihəni həyata keçirəcək "Maccreative Baku" şirkəti tərəfindən paylaşılıb.
Adaya gələn turistlər burada qədim Azərbaycan ənənələrini görmək imkanını qazanacaqlar. Layihənin əsas üstünlüyü isə odur ki, burada yaşayan sakinlər üçün bütün infrastruktur layihələri icra olunacaq.

Bakı arxipelaqının ən böyük adası olan Böyük Zirə-Nargin adasında hazırlanacaq “Azərbaycan Mirvarisi" turizm layihəsinin dünyada analoqu yoxdur. Layihə ölkəmizə gələnləri heyrətə gətirəcək.

Bakının sahil xəttindən 10 km məsafədə yerləşən Nargin adasının turizm məqsədi ilə istifadəsi üçün layihə hazırlanır. "Azərbaycan mirvarisi" adlanan bu layihə həyata keçiriləndən sonra ölkəmizə turist axını da artacaq. Bura gələcək turistlər Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olacaqlar.

Foto


Teqlər: