Amerikalı jurnalist erməni hərbçilərin vəhşiliyindən yazdı

   Amerikalı jurnalist erməni hərbçilərin vəhşiliyindən yazdı
  07 Oktyabr 2022    Oxunub:1853
Amerikalı jurnalist Nurit Qrinqerin "Newsblaze" mediasında yayılmış yeni məqaləsində erməni əsgərlərin Azərbaycan əsgərinin cəsədinə qarşı hörmətsiz rəftarı haqqında fikirləri qeyd edilib.
“Videoda bir erməni əsgərinin ölmüş Azərbaycan əsgərlərinin qulaqlarını kəsdiyi, təpiklədiyi və bıçaqla vurduğu görünür. Mən erməni əsgərlərinə aşılanan nifrətin insana nə edə biləcəyini bundan anladım. Eyni videonu görən hansısa Azərbaycan əsgərinin ölmüş yoldaşına bu qədər zorakılıq edildiyi və bu qədər alçaldıldığını görüb qarşı tərəfə kin bəsləməsi təəccüblü deyil. Bu, əlbəttə ki, belə bir fürsət yarandığı halda, digər əsgərləri qarşı tərəfin hərbi qulluqçularına pis rəftar etməyə təhrik edə bilər,” Qrinqer məqaləsində qeyd edib.

Jurnalist Ermənistan tərəfinin sülhdən yayınmasına da fikir bildirib: “Azərbaycan davamlı olaraq sülh istəyini bəyan etsə də, Ermənistan tərəfi bunu etmədi. Ermənistan qonşusu ilə sülh şəraitində yaşamaq istəmir. O, Cənubi Qafqazın iqtisadi cəhətdən irəliləməsinə və beynəlxalq arenada daha yaxşı mövqe tutmasına yardım etmək istəmir. Ermənistan sülhə yox deyir, hələ ki, yox. Son 30 ildə erməni əhalisinin şüuraltında azərbaycanlılara qarşı olan düşmənçiliyi dəhşətlidir. Onlar arasında dərin düşmənçilik hiss edənlərdən bəziləri indiki hərbi toqquşmalarda əsgər kimi xidmət edirlər,” - deyə jurnalist qeyd edib.

Jurnalist 2020-ci ildə 44 günlük Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan tərəfinə sülh çağırışları haqqında da yazıb. O, qeyd edib ki, hələ də Ermənistan baş naziri Nikol Paşinyan iki dövlət arasında sərhədlərin müəyyən edilməsi və sülh sazişinin imzalanmasının irəli getmək üçün yeganə həll yolu olması fikirində deyil.

Günel Babayeva
AzVision.az



Teqlər:





Xəbər lenti