Bakı-Sumqayıt yolunda qəza: ölən var

Bakı-Sumqayıt yolunda qəza: ölən var
  06 May 2014    Oxunub:1049
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının yaydığı xəbərə görə, bu gecə Bakı-Sumqayıt yolunda “VAZ” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir yolayrıcıya çırpılıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü, 1980-cı il təvəllüdlü Yarışov Azad Əbil oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Xilasedicilər A.Yarışovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.


Teqlər:





Xəbər lenti