"Qarabağ"ın rəqibi heyətini gücləndirdi

"Qarabağ"ın rəqibi heyətini gücləndirdi
  01 Oktyabr 2022    Oxunub:711
"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən "Olimpiakos" heyətinə yeni futbolçu qatıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yunanıstan təmsilçisi son klubu "Bazel" olan Paytim Kasamini transfer edib. 30 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayınadək müqavilə imzalanıb.

Paytim "Bazel"in heyətində ötən mövsüm Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı oynayıb.

Xatırladaq ki, "Qarabağ"la "Olimpiakos" arasındakı 4-cü tur görüşü oktyabrın 6-da Yunanıstanda, 5-ci tur matçı isə bundan bir həftə sonra Bakıda keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti