Türkiyənin Azərbaycandakı keçmiş səfiri həmsədr seçilib

Türkiyənin Azərbaycandakı keçmiş səfiri həmsədr seçilib
  28 Sentyabr 2022    Oxunub:846
Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçilib.
AzVision.az xəbər verir ki, bu barədə keçmiş səfir “Haber Qlobal”a açıqlamasında məlumat verib.

- Bu önəmli birliyi yaradan və əməyi keçən, ayrıca olaraq məni Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçən dəyərli qardaş və bacılarıma təşəkkür edirəm. Bu müqəddəs yola çıxdıq. Yolumuz açıq olsun. Millətimizə xidmət etmək şərəfdir. Ömrümün sonuna qədər millətimə xidmət etməyə qərarlıyam. Bundan sonra Türk Ağsaqqalları Birliyinə daha çox vaxt ayıracam, - tanınmış diplomat vurğulayıb.

Qeyd edək ki, Türk Ağsaqqallar Birliyi yarandığı ilk aylarda Təşkilat Komitəsində Hulusi Akarla bağlı məsələ gündəmə çıxarılıb, tanınmış diplomat Türk dünyası və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə bu vəzifəyə layiq görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti