Aktiv vergi ödəyicilərinin sayı 693 mini keçib

Aktiv vergi ödəyicilərinin sayı    693 mini keçib
  28 Sentyabr 2022    Oxunub:7305
Bu il sentyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2% çox – 693 171 olub.
AzVision.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 37 625-i əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 8,5% çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 2,8% artaraq 188 475-ə çatıb.

AzVision.az



Teqlər: Vergi  





Xəbər lenti