Cəbrayılda qanunsuz ov edən şəxs saxlanıldı

Cəbrayılda qanunsuz ov edən şəxs saxlanıldı
  28 Sentyabr 2022    Oxunub:780
Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən Qubadlı rayon sakini Ş.Qəhrəmanov aşkarlanaraq saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyininm mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti