Taliban Rusiyadan yanacaq və taxıl idxal edəcək
“Müqavilə Rusiya tərəfindən illik təqribən 1 milyon ton benzin və 1 milyon ton dizel yanacağı, 500 min ton mayeləşdirilmiş neft qazı və iki milyon ton taxıl tədarükünü nəzərdə tutur”, - materialda deyilir.
Nazir bildirib ki, ilkin razılaşma müəyyən bir sınaq müddəti üçün etibarlı olacaq: "Bundan sonra hər iki tərəf razılaşmalardan məmnun qaldıqları təqdirdə uzunmüddətli müqavilə bağlamaq niyyətindəyik".
Hacı Nurudin Əzizi qiymət və ya ödəniş üsulu ilə bağlı təfərrüatları açıqlamaqdan imtina edib. Lakin qeyd edib ki, Rusiya Əfqanıstana avtomobil və dəmir yolu ilə çatdırılacaq mallara dünya qiymətləri ilə müqayisədə endirim etməyə razılaşıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: