Ruslara sərhəddi piyada keçməyə icazə verildi

 Ruslara sərhəddi piyada keçməyə icazə verildi
  27 Sentyabr 2022    Oxunub:862
Yuxarı Lars keçid məntəqəsi vasitəsilə Rusiyanı tərk etməyə çalışan vətəndaşların sərhədi piyada keçməsinə icazə verilir. Bundan əlavə, yaxın vaxtlarda orada hərbi komissarlığın səfərbərlik məntəqəsi yaradılacaq.
Bu barədə qondarma Şimali Osetiya-Alaniya Respublikası üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Daxili İşlər Nazirliyinin Şimali Osetiya-Alaniya üzrə rəhbəri, polis general-leytenantı Andrey Sergeyev Yuxarı Lars keçid məntəqəsində səhra iclası keçirib.

Qərar qeyri-qanuni davranış və münaqişə vəziyyətlərinin yaranması risklərini azaltmaq üçün qəbul edilib.

Qeyd olunub ki, Gürcüstana doğru hərəkət edən avtomobillərin axını ciddi şəkildə artır. Görülən tədbirlərə baxmayaraq, vəziyyət son dərəcə gərgin olaraq qalır. Bu, vətəndaşların təhlükəsizliyinin təşkili baxımından əlavə tədbirlərin görülməsini tələb edir.

Rəsmi qurumların məlumatına görə, son bir həftə ərzində Yuxarı Lars vasitəsilə dövlət sərhədini hər iki istiqamətdə 37,5 min avtomobil və 115 mindən çox insan keçib ki, bu da əvvəlki həftə ilə müqayisədə 23,3% çoxdur.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti