Timati:"Mən Moskvadayam, səfərbərliyə hazıram"

 Timati:"Mən Moskvadayam, səfərbərliyə hazıram"
  27 Sentyabr 2022    Oxunub:837
Rusiyalı reper Timati (Timur Yunusov) ölkəni tərk etməsi ilə bağlı əvvəllər dərc edilmiş xəbərləri təkzib edib. Sənətçi evdə olduğunu və üstəlik səfərbərliyə hazır olduğunu bildirib.
- Mən Moskvadayam. Evdə. Heç yerə köçmək fikrində deyildim və getməyəcəm də, yerim buradır, - deyən musiqiçi çağırış vərəqəsinin ona gəlmədiyini bildirib.

"Lakin bu, heç də o demək deyil ki, olmayacaq”. İfaçının sözlərinə görə, çağırış vərəqəsi gəlsə, səfərbərlikdən gizlənməyəcək. O əlavə edib ki, çaxnaşma yoxdur. İndi o, ölkəyə mümkün olan bütün yardımları diqqət mərkəzində saxlamaq niyyətindədir.

Media daha əvvəl Timatinin ölkədə qismən səfərbərlik elan edildikdən dərhal sonra Rusiyanı tərk edərək Özbəkistana getdiyi barədə xəbərlər dərc etmişdi. Sosial şəbəkə istifadəçiləri onun vətənə qayıtmalı və hərbi komissarlığa getməli olduğu barədə səhifəsinə şərhlər yazıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti